سالماس فولکلور مجموعه سی - Salmas folklur
سالماس فولکلور مجموعه سینده ن – توپلاما : مهرداد رحمانی اهروانلی
Salmas fulklur məcmuəsindən , toplama :Mehrdad Rəhmani Əhrvanlı
●آتالار سؤزی ، Atalar sözı
یالان آیاق توتار ، یئریمه ز
Yalan ayaq tutar , yeriməz
بیزه گَلن ، بیزه اوخشار
Bizə gələn , bizə oxşar
چولاق کوری گؤره نده شکر ایله ر
Çolaq korı görəndə şükr eylər
مالین نه وئر ، نه دالیسیجان گئد
Malın nə ver , nə dalısıcan ged
قوووُن چیخدی ، آت خیاری
Qovun çıxdı , at xiyarı
های نان گَلَن ، هوُی نان گئده ر
Haynan gələn huynan gedər
قارپیزی یئیه ن قاچدی ، قابقی یئیه نی توُتدولار
Qarpız yeyən qaçdı , qabıq yeyəni tutdular
● آتماجالار ، Atmacalar
جاماعت چؤره کی قولاغیینان یئمیر
Camaət çörəgı qulağıynan yemir
گئجه نی اودونا گئده ن چوخ اولار
Gecəni oduna gədən çox olar
اَل الده ، توتَک بئلده
Əl əldə tütək beldə
قوُرد دئدیخ ، قولاقی چیخدی
Qurd dedıx , qulağı çixdı
سیچان اَلینده ن قاویرقا یئماخ اولموُر
Sıçan əlindən qavirqa yemax olmur
ائیله ایش گؤر شورساتان بیرده بوُ کوچه ده ن کئچسین
Eylə elə şorsatan birdə bu küçədən keçsın
TURK dunya da baris ve insan severilk ve guc sembuli dir